Komitə sədri: “Cavan vaxtı çox məşhur şair olmuşam”
1 İyul 2013 19:45 Mədəniyyət"Cavan vaxtı çox məşhur şair olmuşam". Bunu Lent.az-a Milli Məclisin mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, "Pioner" jurnalında şeirləri, məqalələri çap olunub: "Filologiya fakültəsinə daxil olduqdan sonra bir neçə il şeir yazdım. Mən Qazaxda doğulmuşam. Bizim tərəflərdə şeir yazmayana bir təhər baxırdılar".
MM-in komitə sədri bildirib ki, ümumiyyətlə, şeir yazmaq, rəssamlıq, mahnı oxumaq gənclik, uşaqlıq vaxtı hər kəsdə olur: "İndi də hərdən ürəyimə şeir yazmaq gəlir, amma o hissi dərhal içimdə boğuram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31