İspan dilində çap olunan «İrs-Herencia» jurnalında Azərbaycan Xalq Cümhuriyyəti haqqında məqalə dərc olunub

"OLAYLAR"ın Milli Tarix Muzeyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İspan dilində çap olunan "İrs-Herencia" beynəlxalq jurnalının növbəti nömrəsində ("İrs-Herencia", 2013, № 1(4), s.4-9) t.ü.f.d. Firdövsiyə Əhmədovanın Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş məqaləsi dərc olunub. Belə ki, məqalədə Cümhuriyyətin yaranması, formalaşması, ilk addımları, dövlət quruculuğu sahəsində nailiyyətləri, fəaliyyətin əsas prioritetləri haqqqında məlumat verilmiş, Muzeyin kolleksiyasında qorunan eksponatların fotoşəkilləri yerləşdirilib.
Məqalənin tam mətni ilə Milli Tarix Muzeyinin rəsmi saytının "Muzey KİV-də " bölümündə tanış olmaq olar
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31