Ebru Gündeş bu dəfə də təəccübləndirdi

Azərbaycanlı biznesmenin həyat yoldaşı olan məşhur müğənni Ebru Gündeş bu dəfə də sevənlərini təəccübləndirib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni son günlərin yeni işıq üzü görən "Hayatı tespih yapmışım" mahnısını oxuyarkən səhnədə pərəstişkarları tərəfindən atılan təsbehi də məharətlə çevirərək hər kəsi təəccübləndirib. Avcılar Bələdiyyəsi tərəfindən hazırlanan konsertdə Ebru Gündeş iranlı pərəstişkarları ilə də xoş münasibət quraraq bu ölkədə çox sevilən müğənni olduğunu dilə gətirib: "Bildiyimə görə, irnalıların 99 faizi məni çox sevir. Digər müğənnilərimiz isə məndən sonrakı sıradadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31