Sibel Can da Azərbaycan xalq artistlərini barışdıra bilmədi
1 İyul 2013 17:49 MədəniyyətÖtən həftə Bakıda konsert verən türkiyəli müğənni Sibel Canın arzusu ürəyində qalıb. Axşam.az-ın məlumatına görə, sənətçi xalq artistləri Aygün Kazımova ilə Brilliant Dadaşovanı barışdırmaq istəyib. Bu haqda "ATV maqazin" verilişinə konsertin təşkilatçısı Nahid Emiloğlu məlumat verib:
"Plan qurduq ki, Sibel Can Aygün xanımı da, Brilliant Dadaşovanı da səhnəyə dəvət edib, onları barışdırsın. Amma alınmadı, Brilliant xanım tez çıxıb getdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31