Nizami Cəfərov: “Gəncləri az oxuyuram, Yunus Oğuz, Hüseynbala Mirələmov kimi yazıçılarımız var”
1 İyul 2013 17:48 Mədəniyyət"Gənc yazarların əsərlərini az oxuyuram. Daha doğrusu, hansısa gənc yazarın romanını, hekayəsinin bir hissəsini oxuyandan sonra, daha oxuya bilmirəm. Mənim oxuduğum ədəbiyyat var və ondan zövq alıram". Bunu Lent.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirib.
Onun sözlərinə görə, ötən əsrin 70-80-cı illərinə qədər Azərbaycanda ədəbiyyat var idi. Amma sovetlər birliyinin dağılmasından sonra publisistika önə keçdi: "Bədii ədəbiyyatda bu gün də ən nüfuzlu isimlər İsa Hüseynov, Anar, Elçin, Nəriman Həsənzadə, Fikrət Qoca və Afaq Məsuddur. Son zamanlar bizim parlayan bir neçə yazıçımız meydana çıxıb. Bunlardan Yunus Oğuz, Hüseynbala Mirələmov və Vaqif Bəhmənlini qeyd etmək olar. Bir məsələni də qeyd edim ki, 2000-ci illərin ədəbiyyatını həmin illərin nəsli yaratmır, ondan əvvəlki nəsil yaradır".