Cennifer Lopez prezidentin ad günündə

Dövlət başçısının ad günü Xəzər dənizi sahilində qeyd edilib

Dünya şöhrətli ulduz Cennifer Lopez Türkmənistan prezidentinin ad günündə iştirak edib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, müğənni ad günü mərasimində milli türkmən kostyumu geyib.
O, 56 yaşını qeyd edən Qurbanqulu Berdimuhammedov üçün "Happy birthday, Mr President" (Cənab prezident ad gününüz mübarək) mahnısını ifa edib.
Məlumata görə,ad günü mərasimi Xəzər dənizi sahilində yerləşən "Avaza" istirahət zonasında, Türkmənbaşı şəhəri yaxınlığında olub. Berdimuhammedov üçün oxuyanlar arasında Filip Kirkorov, Sati Kazanova Ani Lorak eləcədə Türkiyə və Livandan aktyorlarda olub.
Rusiyalı müğənni Kirkorov türkmən dilində təbrik mətni oxuyub və qeyd edib ki, "belə insanla birlikdə olmaqdan xoşbəxtdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31