Aygün bu dəfə İlhamə Quliyevaya ilişdi - FOTO

Xalq artistləri Aygün Kazımova və İlhamə Quliyeva arasında yaranan qalmaqal səngimək bilmir. "Qafqazinfo" xəbər verir ki, Aygün Kazımova instagram səhifəsində Briliyant Dadaşovadan sonra bu dəfə də İlhamə xanımın illər öncə çəkilən fotosunu paylaşaraq ironiyalı şərh yazıb: "Hər zaman oturuşunu, duruşunu, danışığını bilən İlhamə Quliyevamız". 
Qeyd edək ki, bir müddət əvvəl Aygün Kazımova ilə Brilyant Dadaşova arasında yaranan qalmaqala münasibət bildirən İlhamə Quliyeva onlardan xalq artisti fəxri adlarının alınmasını təklif etmişdi. Xanım Quliyeva həmçinin hər iki sənətçinin atdığı addımların Azərbaycan qadını adına ləkə olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31