Hürrəm Sultana yeni təklif: o, vəkil olacaq?
"Muhteşem yüzyıl" serialındakı Hürrəm Sultan rolundan sonra fenomenal populyarlıq qazanmış aktrisa Məryəm Üzerli hazırda doğulduğu Berlindədir
1 İyul 2013 14:02 MədəniyyətTürk aktrisa tükəndiyini, yorulduğunu və ən başlıcası, aldığı qonorarlardan narazı qaldığını söyləyərək Berlinə yollanmış, psixoloji reabilitasiya klinikasında müalicə aldığını vurğulamışdı. Milli.Az AHT-yə istinadən bildirir ki, "Muhteşem yüzyıl" serialını 100-cü seriyada tərk etmiş aktrisanın indi "Karadayı" serialında çalışmağa başlayacağı iddia olunur. "Karadayı"da baş rolda oynayan aktyor Kenan İmirzalıoğlu iddia ilə bağlı heç bir açıqlama verməyib.
M.Üzerlinin "Karadayı"da K.İmirzalıoğlunun tərəf-müqabili olacağı, vəkil rolunu oynayacağı deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31