Gənc müğənninin gözlənilən konserti baş tutdu VIDEO
Müğənni səhnəni lərzəyə gətirdi
1 İyul 2013 12:23 MədəniyyətGənc qızların sevimlisi müğənni-bəstəkar Fərid Mərdin çoxdan gözlənilən konserti baş tutub. Bu, Fəridin sayca dördüncü solo konserti oldu. Budəfəki konsert xeyriyyə məqsədi daşıyırdı. Konsert Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetdə həyata keçib. 450 nəfərlik tamaşaçı qarşısına çıxan Fərid Mərd repertuarına öz mahnıları ilə bahəm Corc Maykl, Stinq və Kənan Doğulunun da mahnılarını da daxil edib.
Fərid Mərdin "Ritmini tutdum" adlı konsertini oxuculara da təqdim edirik: http://www.youtube.com/watch?v=YFPfwtw1QIk
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31