Kıvanc Tatlıtuğun bu qərarı hamını şoka saldı

Aktyor ölkəni tərk edəcəyini açıqlayıb

Məşhur türkiyəli aktyor Kıvanc Tatlıtuğ həyatı ilə bağlı radikal qərarlar verdiyini açıqlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktyor İngiltərəyə gedərək 4 ay orada yaşamağa qərar verib.İşləməkdən özünə vaxt ayıra bilmədiyini deyən sənətçi Londonda həm aktyorluq dərsləri alacağını, həm də həyatın mənası haqda dərindən fikirləşəcəyini deyib.Bu qərarı verdikdən sonra qarajındaki "Maserati" və "Corvette" markalı maşınlarını da satan aktyor, həyatında radikal dəyişikliklər etmək istəyir.Aktyorun ölkəni tərk etmək qərarı həm sənət dünyasını, həm də pərəstişkarlarını təəccübləndirib.Qeyd edək ki, Kıvanc Tatlıtuğun Hürrəm sultan Məryəm Uzərli kimi "tükənmişlik sindromu" keçirdiyini iddia edənlər də var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31