Toğrulu hələ ki, torpağa yox, havaya tapşırmışıq!

Sağlığında bütün rənglərin tanrısı sayılan Toğrulun üstündə indi cəmi bir rəng var

Markesin sözü ilə desək dünyanın dəha bir gözəl ölüsü - Toğrul Nərmanbəyov tapışırılacağı torpağı, toraq da onu gözləyir. Sağlığında bütün rənglərin tanrısı sayılan Toğrulun üstündə indi cəmi bir rəng var. Ağ - meyit rəngi.

...Neçə gündür ki, Toğrulun dəfnindən danışırıq, onun Azərbaycanda dəfn olunması zərurətindən dəm vururuq. Qızı deyir ki, Azərbaycanda dəfn olunmasını istəyirmiş. Arvadı deyir ki, yox, son mənzilinin Paris olmasını vəsiyyət edib. Oğlu deyir ki... Yox oğlu demir. Əvəzində biz deyirik. Şairlərimiz mərsiyə, yazıçılarımız saqqallı-saqqalsız Toğrulnamələr yazırlar.

Heç kəsin xətrinə dəymək istəmirəm. Amma ortadakı nəhəng qeyri-səmimliyi mütləq qeyd etməliyəm. Baxın bura.

Bura böyük rəssamımızın emalatxanasıdır. Əslində, Toğrulun harada dəfn olunması, necə dəfn olunması barədə danışıqlar, filan - bunlar hamısı Azərbaycanvari forslanmadır, niyə? Ona görə ki, adama deyərlər, qardaş və ya bacı, bir halda ki, Toğrul sənə belə əzizdir, heç olmasa onun ruhunu şad etmək üçün get emalatxanasının qarşısına bir şam yandır, ya da qapısına gül qoy. Toğrulun yaratdığı bütün nar ağaclarının kökü burada bitib. Bax burda.

Toğrulu seviriksə, onun bir rəmzi məzarını da elə burada, Bakıda, lap elə Fəxri Xiyabanda qazmaq olar. Bunu ki, kimsə qadağan etmir. Rayonlarda o qədər simvolik şəhid məzarı var ki. Toğrul Nərimanbəyovun ölümündən bir aya yaxın vaxt keçir. Onun xatirəsini əbədiləşdirmək üçün təkliflər vermək olar. Nə bilim lap elə Göyçayda Toğrul Nərmanbəyovun xatirəsinə nar festivalı keçirməyədək min yol fikirləşmək mümkündür.

Toğrulun qəbrinin Azərbaycanda olmaması şəxsən məndən ötrü qürbət vətənpərvərliyi üçün əla testdir. Baxaq görək onun qəbrini tez-tezmi ziyarət edəcəyik. Demirəm ki, müqəddəsdir, gəlin onun yatdığı yeri Məşhədə, Kərbəlaya çevirək, Qətiyyən! Sadəcə onun qəbrinin unudulmaması üçün nələrə qadir olduğumuzu test edək. Gəlin xatırlayaq. Son dəfə biz Məhəmməd Füzulinin məzarını nə vaxt ziyarət etmişik.

Və ya İmadəddin Nəisminin Suriyada tarmar-edilməsi barədə həyəcan təbili çalan ANS niyə tək qaldı. Bəlkə də artıq Nəsiminin sümküləri də sürmə olub.Məhəmməd Əmin Rəsulzadənin də qəbrinə təsadüfən ANS baş çəkdi.

Nərman Nərmanovun qəbrinldən, adlarını çəkdiyim başqa görkəmli azərbaycanlıların məzarlarından danışmıram.

Bəlkə biz Toğrulun qəbrini ona görə burda, yanımızda istəyirik ki, tənbəlliyimizi, Parisə getməyəcəyimizi dəqiq bilirik. Ona görə də biz Sizə Toğrul Nərmanbəyovun məzarının olacağı yeri göstəririk. Pasi adlanan bu qəbristanlığın kadrların ilk dəfə görürsünüz. Qəbristanlığın nüfuzlusu, urvatsızı olmur. Toğrulu harda dəfn olacaqsa, ora nüfuza minəcək. Ora bir parça Azərbaycan olacaq.

Hələliksə gəlin Toğrulun ruhunu salmlayaq. Ona görə də mən bu qapını döyürəm. Fərqi yoxdur. Güllər sahibinə çatmalıdır. Allah Toğrulun qəbrini nurla doldursun. Az qala narla doldursun deyəcəkdim...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31