“Eurovision-2014” harada keçiriləcək?
Mahnı müsabiqəsi Kopenhagenin Parken stadionunda keçirilməyəcək
1 İyul 2013 07:58 MədəniyyətGələn ilin mayında Danimarkada keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinə ev sahibliyi etməyə iddialı olmuş beş şəhərdən artıq ikisi - Olborq və Frederisiya ərizələrini geri götürüblər."Eurovision" mahnı müsabiqəsinin rəsmi saytında yerləşdirilən məlumata görə, Kopenhagenin Parken stadionu da iddiasından əl çəkib. Səbəbi stadionun altı həftə məhz bu məsələ ilə əlaqədar məşğul olacağı təqdirdə burada "F.C.Kopenhagen" futbol klubunun və Danimarka milli komandasının oyunlarının keçirilə bilməməsidir.Hazırda Herninq şəhərində "Boksen Arena", Horsensdə "Fənqslet", Kopenhagendə "DR Byen" və "B&W-Hallerne" məkanları mahnı müsabiqəsinə ev sahibliyi etməkdə maraqlıdırlar."Eurovision-2014" mahnı müsabiqəsinin mayın 13-də, 15-də və 17-də keçirilməsi nəzərdə tutulub.