Nazpəri-İlhamə məhkəməsi təxirə salındı

Bu haqda "OLAYLAR"a Xalq artistlərinin vəkilləri açıqlama verib. Xalq artisti İlhamə Quliyevanın vəkili məhkəminin təxirə salınmasına səbəb kimi qarşı tərəfin bu gün çıxış etməkdən imtina etməsini göstərib: "Biz öz çıxışımızı etdik. Amma məhkəmə növbəti ayın ikisinə təxirə salındı. Buna səbəb də qarşı tərəfin vəkilinin çıxışdan imtina etməsi idi". Məlumatı təsdiqləyən Xalq artisti Nazpəri Dostəliyevanın vəkili məhkəmə hüquqlarından istifadə edərək növbəti dəfə çıxış edəcəyini deyib: "Çıxış etməkdən imtina etdim. Növbəti dəfə çıxış üçün vaxt aldım".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31