Avtomobili alışıb yanan müğənnidən açıqlama

Yerli mətbuatın gündəmini zəbt edən tanınmış müğənni Zarina Məmmədova başına gələn hadisə ilə bağlı açıqlama yaydı. Yumşaq desək xoşagəlməz olaydan salamat qurtulduğu üçün şükür edən Zarina hadisənin qəsdlə törədildiyinə inanmır: "Hər kəs mənə zəng edib deyir ki, avtomobil öz-özünə alışa bilməz. Ancaq mən kiminsə bu işə qol qoyduğuna inanmıram. Ola bilməz ki, mənə kimsə bu dərəcədə nifrət edir. Bu, sadəcə qısaqapanma nəticəsində baş verə bilən hadisədir. Bəlkə də çıxacağım var idi. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır. Mən yenə də bu addımın kiminsə tərəfindən atıldığına inanmıram".
Təhsil aldığı Azərbaycan Milli Konservatoriyasını bitirən və elə hadisə günü dövlət imtahanından keçən Zarina özünü yaxşı hiss etdiyini də dilə gətirdi: " Bu vəziyyətdə imtahan verib uğurlu nəticə belə əldə edə bildim. İnsan Allah tərəfindən göndərilən hər şeyə Şükür etməlidir. Sevinirəm ki, özüm maşında olmamışam. O hadisənin təsəvvüründən belə qorxmuşamsa avtomobildə olsaydım nə baş verərdi düşünmək belə istəmirəm. Allah canlara dəyməsin. Təki olanlar dəmirə olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31