Aygün Kazımovanın Snnop Dogla layihəsi dünya saytlarında yayımlanır
Azərbaycanın xalq artisti Aygün Kazımova ilə məşhur amerikalı repçi Snoop Doggun dueti artıq hazırdır
28 İyun 2013 14:24 Mədəniyyət"OLAYLAR"ın verdiyi məlumata görə, müğənni bu haqda belə məlumat verib: "Bu gün mənim iki layihəm birdən reallaşdı. Biri "Telafisi yok" musiqisi və sözləri Elif Nur İçden, oranjeman isə Mert Eli İçdene aid olan "Telafisi yok" mahnısıdır. Dünya layihəm olan "Coffee from Columbia" da işıq üzü gördü. Hələlik aşağı keyfiyyətdə bir hissəsi dinlənilə bilər. Bir neçə dünya saytları ilə müqavilə bağlanılıb. Mahnının orijinal versiyaları yalnız o saytlardan yüklənilə bilər. Birazdan isə növbəti mərhələ başlanır. Mahnıları dinləyib istədiyinizi yükləyə biləcəksiz və ardınca klip təqdim olunacaq".
Müğənni sonda özün çox xoşbəxt hiss etdiyini də vurğulayıb: "Yalnız onu deyə bilərəm ki, çox xoşbəxtəm və sözümün ağasıyam."