“Yayın xiti gəlir”-AUDİO VIDEO

Vokal ifaçısı Lətifə Soyuözün yaradıcılığında yenilik var. O, yayın xitini ərsəyə gətirdiyini iddia edir. Lətifənin bizə verdiyi məlumata görə, "Çanta" adlı mahnı artıq internet istifadəçilərinin ixtiyarına buraxılıb. Daim yenilik etməyə və keyfiyyətli musiqiyə üstünlük verən Lətifə yenə də Günel Sərdarqızının dəstixəttinə müraciət edib: "Musiqisi və sözlərinə Günel xanıma məxsus olan mahnının aranjemanı hər zamankı kimi Yaşar Baxışa məxsusdur. Əsl yay mahnısıdır. Ritmik notlar üzərində yazılıb. Bu mahnının xit olacağına ümid edir".  Onu da bilriək ki, Lətifənin yenilikləri bit mahnı ilə kifayyətlənmir. İfaçı qardaş Türkiyə ilə müqavilə imzalayıb: "Təfərrüatları açıqlamaq istəmir. Ancaq böyük bir sürpriz olacaq. Dəqiq qərar veriləndən sonra layihə haqda məlumat veriləcək".

Sözügedən "Çanta" mahnısını isə təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31