“Musiqi Festivalı” adlı möhtəşəm konsert baş tutub
28 İyun 2013 13:19 Mədəniyyət"OLAYLAR"ın verdiyi məlumata görə, Türkiyənin Bakıdakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qafqaz Universiteti və Ondoqquz Mayıs Universitetinin birgə təşkilatçılığı ilə Yaşıl Teatrda "Musiqi Festivalı" adlı möhtəşəm konsert proqram keçirib. Ondoqquz Mayıs Universitetinin 41 nəfərdən ibarət türk sənət musiqi qrupu Türkiyənin tanınmış bəstəkarlarının seçilmiş əsərlərini səsləndiriblər. İki hissədən ibarət konsertdə Azərbaycan mahnıları da daxil olmaqla yanaşı 23 ifa olunub. Konsert çərçivəsində Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslana və digər təşkilatçı qurumlara Ondoqquz Mayıs Universiteti tərəfindən TÜRK mədəniyyətinin tanınmasında göstərdikləri dəstəyə görə mükafat təqdim olunub.