Aygün Kazımova sakitləşmir: "Sözümün ağasıyam"
Azərbaycanın xalq artisti Aygün Kazımova ilə məşhur amerikalı repçi Snoop Dogg-un dueti artıq hazırdır
27 İyun 2013 17:35 Mədəniyyət"Qafqazinfo" xəbər verir ki, Aygün xanımın bu barədə fikirləri belədir: "Bu gün mənim iki layihəm birdən reallaşdı. Biri "Telafisi yok" mahnısıdır. Musiqisi və sözləri Elif Nur İçden, aranjman isə Mert Eli İçdene aiddir. Və ən əsası - dünya layihəm "Coffee from Columbia" çıxdı. Hələlik aşağı keyfiyyətdə bir hissəsi dinlənilə bilər. Albomun üzlüyü, ora daxil olan mikslər, DJ-lərin adları və sıralanmasını görə bilərsiniz. Bir neçə dünya saytları ilə müqavilə bağlanılıb. İndi onlardan birini sizə təqdim edirik. Mahnının orijinal versiyaları yalnız o saytlardan yüklənilə bilər. Bir azdan isə növbəti mərhələ başlanır. Mahnıları dinləyib istədiyinizi yükləyə biləcəksiz və ardınca klip təqdim olunacaq. Yalnız onu deyə bilərəm ki, çox xoşbəxtəm və sözümün ağasıyam."