Toğrul Nərimanbəyovun dəfn ediləcəyi yer açıqlandı
Xalq rəssamı Parisin Passi məzarlığında torpağa tapşırılacaq
27 İyun 2013 16:03 MədəniyyətAzərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun dəfn ediləcəyi yer açıqlanıb. Xalq rəssamı Parisin tanınmış Passi məzarlığında torpağa tapşırılacaq. Bu barədə ANS -ə rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova məlumat verib. Onun sözlərinə görə, Paris merindən dəfnlə bağlı icazə alınıb və dəfnin dəqiq saatı müəyyənləşdirilir.
Xatırladaq ki, Toğrul Nərimanbəyov iyunun 2-də Parisdə vəfat edib. Onun qızı və həyat yoldaşı arasındakı mübahisə səbəbindən rəssamın dəfni bu zamana kimi gecikib. Belə ki, T. Nərimbəyovun qızı onun Azərbayacana gətirilərək Bakıda, həyat yoldaşı isə Fransada dəfn edilməsini istəyirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31