Səyavuş Aslanla vida mərasimi başlayıb
27 İyun 2013 15:07 MədəniyyətAzərbaycan Dövlət Akademik Milli Dram Teatrında bu gecə dünyasını dəyişən xalq artisti Səyavuş Aslanla vida mərasimi başlayıb. ANS PRESS-in mərasimdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, xalq artisti ilə vidalaşmağa sənət yoldaşları, yaxınları gəliblər. Aktrisa Zərnigar Atakişiyeva ANS PRESS-ə açıqlamasında S.Aslanovun vəfatından kədərləndiyini bildirib."Ruhən həmişə bizimlə olacaq. Onun ifaları aktyora ölməzlik gətirib. Bu itki Azərbaycan mədəniyyəti üçün ağırdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31