Tuba Büyüküstün kişilərə qarşı...

Məşhur aktrisa Tuba Büyüküstün açıq-saçıq geyinən qadınlara söz atan kişilərdən danışıb

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhur aktrisa bu haqda özünü "Tvitter" sosial şəbəkəsində status paylaşıb: "Artıq 2013-cü ildir...Zəmanə dəyişsə də bəzi kişilər başa düşmür ki, qadın istədiyi kimi açıq-saçıq geyinə bilər. Lakin bu o demək deyil ki, onlar açıq-saçıq geyinən qadına toxunmaq haqqına malikdilər. Hələ də belə insanlar niyə bu cür düşünməyimizin fərqində deyil. Yazıqlar olsun". Qeyd edək ki, Tuba Büyüküstün müxtəlif sosial şəbəkələrdə açıq-saçıq geyinən qadınların dinə zidd olduqları haqda bəzi kişilərin söylədiyi fikirlərə qarşı bu cür münasibət bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31