Amerikada Azərbaycan mədəniyyət günləri

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə olan əməkdaşlıq proqramı çərcivəsində Birləşmiş Ştatların Smithsonian İnstitutunun Asiya Mədəniyyəti Proqramı və Asiya, Avropa və Yaxın Şərq Etnologiyası bölməsinin direktoru, professor Paul Taylor Azərbaycana gəlib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, səfərin əsas məqsədi Mərkəzlə Smithsonian İnstitutu arasında birgə reallaşdırılacaq layihələr və 2014-cü ildə ABŞ-da keçirilməsi nəzərdə tutulan Azərbaycan mədəniyyəti günlərinə hazırlıqların görülməsidir. Bununla əlaqədar bir sıra dövlət qurumlarında keçirdiyi görüşlərdə Paul Teylor həmçinin Azərbaycan mədəniyyəti və tarixinin təbliğ olunması məqsədi ilə birgə nəşrlərin hazırlanması və Smitshonian İnstitutunda müxtəlif sərgi, mühazirələrin, təqdimatların keçirilməsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Vaşınqtonda nümayəndəliyinin açılması məsələlərini müzakirə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31