“Onlar Belarus uğrunda vuruşmuşlar”
25 İyun 2013 16:03 Mədəniyyətİyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Belarus uğrunda vuruşan azərbaycanlılara həsr olunan "Oni srajalis za Belarus" ("Onlar Belarus uğrunda vuruşmuşlar") kitabının təqdimatı keçiriləcək.
Muzeyin və Belarus Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə İkinci Dünya müharibəsi veteranlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, Belarus diasporu nümayəndələrinin, tarixçi alimlərin, "Azərbaycan-Belarus" Dostluq və Əməkdaşlıq Cəmiyyətinin üzvləri iştirak edəcəklər. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31