Media nümayəndələri Qarabağa getdilər
Azərbaycanın bir qrup media və sənət nümayəndələri ordu günü münasibətilə Qarabağa səfər edib
25 İyun 2013 12:36 MədəniyyətBu haqda "OLAYLAR"a təşkilatçı Hüseyn Cavadzadə məlumat göndərib. H.Cavadzadənin sözlərinə görə, 30 nəfərə yaxın jurnalist, televiziya işçiləri və sənət adamlarında ibarət qrup Ağcabədi, Ağdam, Xocavənd istiqamətində yürüş ediblər. Döyüş bölgəsində dəfn olunmuş şəhidlərin məzarları ziyarət olunub, eləcə də yerli camaatla görüşlər keçirilib. Sonda isə Xocavənd rayonunda "Qızıl bayram" ordenli qəhrəmanımız İbad Hüseynovun döyüşdüyü Nərgiztəpə və İbad Hüseynov yüksəklikləri ziyarət olunub. Qeyd edək ki, hazırda burada qorunan səngərlər məhz kəşfiyyatçı İbad Hüseynovun rəhbərlik etdiyi əməliyyatçı qrup sayəsində Azərbaycana qaytarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31