Depardye qəzaya düşdü

Aktyorun avtobusu taksi ilə toqquşub

Fransalı aktyor Jerar Depardyenin içərisində olduğu "Mercedes" markalı avtobus Moskvada qəzaya düşüb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, polis aktyora qadağan edilmiş yerdən avtomobili döndərməyə icazə verib. Manevr zamanı mikroavtobus qırmızı işıqda keçən taksi ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Qəzaya səbəb olduğu güman edilən taksi sürücüsünün daha öncə də adının bu kimi hallarda çəkildiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31