Hürrəm sultanın heykəlini yaratdılar

"Olaylar" xəbər verir ki, dünyanın ən böyük festivalalrından hesab olunan Beynəlxalq Antalya Qum Heykəli Festivalının ziyarətçilərinin sayı getdikcə daha da artır. Bu il İmperiyalar mövzusunda keçirilən festivalda Napaleon, Sultan Süleyman Qanuni, Sultan Alparslan, Uzun Həsən, Barbrasso, Nefertiti, Kleopatra kimi tarixdə iz qoymuş şəxslərin qumdan hazırlanmış heykəlləri sərgilənib. İyunun ayının 1-dən etibarən açılan sərgini indiyədək 50 min insanın ziyarət etdiyini bildirin festival direktoru Cem Karaca bu il 200 mindən çox insan gözlədiklərini bildirib. 10 ölkədən 20-yə yaxın heykəltəraşı özündə birləşdirən festival Antalyaya gələn turistlərin böyük marağına səbəb olub.

Cem Karaca rusiyalı heykəltaraş Teymur Ədbülqəniyev tərəfindən 10 gün ərzində düzəldilmiş Sultan Süleyman Qanuninin, Hürrəm Sultan və Mahidevran Sultan ilə birlikdə canlandırdığı heykəlin isə sərginin ən çox marağa səbəb olan əsərlərindən biri olduğunu vurğulayıb. Karaca türk ziyarətçilər ilə bərabər əcnəbi turistlərində bu heykələ böyük maraq göstərdiklərini bildirib. "Hər bir ziyarətçi bu heykəli dəflərlə ziyarət edir, onun şəkillərini çəkirlər. Düzünü desəm, bu maraq bizi də təəccübləndirib" deyə Karaca sözlərinə əlavə edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31