Yeni Hürrəm Sultandan şok qərar

"Muhteşem yüzyıl" serialında Hürrəm Sultan rolunu oynayan aktrisa Məryəm Üzerlinin çəkilişləri yarımçıq qoyaraq İstanbulu tərk etməsi və Berlinə yollanmasından sonra onun yerinə Vahide Gördüm gətirilmişdi

Lakin tanınmış aktrisa V.Gördümün Hürrəm Sultan obrazında oyunu tamaşaçıların tam əksəriyyətini narazı salıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, sosial şəbəkələrdə Vahidə Gördüm həddən ziyadə sərt tənqid olunur. Ən "yumşaq" tənqid belə olub: "Teleserial bərbad vəziyyətə qalıb. Hürrəm Sultan əri Sultan Süleymanın anası yaşındadır". On minlərlə kəskin tənqidi yazılardan usanan Vahide Gördüm dünən Twitter-dəki akkauntunda yazıb: "Əvvəla, mən Gördüm deyiləm. 22 illik ərim Altan Gördümdən boşandığım üçün artıq Vahide Perçinəm. Sonra da ki, protez dişlərimi Mahidevran Sultan oğurlamış ola bilər. Qırışlara qarşı kremimə də zəhəri o qoydu. Üstəlik, tamaşaçılar məndən narazıdırlarsa, serialdan gedə bilərəm". Milli.Az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31