Türkdilli Dövlətlərin teatr rəhbərləri Bakıda toplaşır

Sabah Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasının II toplantısı keçiriləcək

Türkdilli Dövlətlərin teatr rəhbərləri Bakıda toplaşacaq. İyunun 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (ADMDT) Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasının ikinci toplantısı keçiriləcək. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, toplantıda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Saxa (Yakutiya), Tatarıstan, Tuva teatrlarının direktorları, bədii rəhbərləri və baş rejissorları iştirak edəcək.Elçin Cəfərovun sözlərinə görə, qurumun sabah Bakıda keçirilən toplantısında qarşılıqlı əməkdaşlıq məsələləri və teatrlar arasında əlaqələr müzakirə olunacaq. Toplantıdan əvvəl isə Kütləvi İnformasiya Vasitələri üçün "Azdrama"da mətbuat konfransı keçiriləcək.Xatırladaq ki, Türkdilli Dövlətlərin Teatr Rəhbərlərinin Şurası 2011-ci ilin may ayında yaradılıb. Şuraya sədr isə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov seçilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31