Xatirə İslamın nəyi sirr saxlanıldı?

"Məktub" və "İki sevgi" adlı mahnımızı yenicə təqdim etmişik. Hazırda "Evlənək" adlı yeni mahnı üzərində işlər davam edir. Yaxın günlərdə fərqliyi ilə seçiləcək ifanın təqdim etməyi düşünürük".Bu sözləri "OLAYLAR"a verdiyi açıqlamasında müğənninin prodüsseri Azər deyib. O, yaxın aylarda klip çəkilşlərinin də reallaşacağını söyləyərək müğənninin noyabr ayında solo konsert verəcəyini pərəstişkarların diqqətinə çatdırıb: "Klip çəkilişləri və albom işlərini yekunlaşdırdıqdan sonra konsertə hazırlaşacağıq. Yaşıl Teatrda konsert verməyi planlaşdırdıq. Bu istəyimiz baş tutmadığı üçün konserti Heydər Əliyev adına Respublika Srayında keçirtməyi qərara aldıq". Hazırda payız aylarında işıq üzü görəcək albomunun hazırlıq prosesi ilə məşğul olan müğənninin yeni diskə daxil edəcəyi mahnıların bir qismi hazırdır: "10 mahnıdan 6-sı artıq hazırdır. Xatirə xanım hazırda digər yeni mahnılar üzərində işləyir". Ailə həyatı qurduqdan, ana olduqdan sonra fəaliyyətinə davam edən müğənni öncəkinən fərqli olaraq daha da gərgin işlə məşğuldur. Övlad dünyaya gətirən Xatirə İslam toylara da mütəmadi olaraq dəvət olunur. Prodüsser Azər bu haqda danışsa da Xatirə İslamın toy məbləğlərini açıqlamaqdan imtina edib: "Bu haqda məlumat vermək istəmirəm. Heç bir problem yoxdur, sadəcə olaraq kim maraqlanmaq istəsə əlaqə nömrəmizi tapıb məlumatlanır. Bəziləri saytlarda toy qiymətləri haqda məlumat görərək elə-belə zəng edib vaxtımızı alır, narahtçılıq törədirlər. Buna görə rəqəmləri açıqlaya bilmərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31