İstedad
21 Aprel 2022 10:40 Mədəniyyətİstedad tükənməz arzuya bənzər,
Heç biri tükənməz, yox ola bilməz.
Tükənən istedad yox olub gedər,
Ötəri bir həvəs, nağıla bənzər.
***
Xəbis istedadı boğmaq istəyər,
Amma gücü çatmaz, əyə də bilməz.
İstedad xəmirtək böyüyüb şişər,
Hər tərəfdən axar, sıxıla bilməz.
***
Aşar, daşar, yaşar, bəzən titrəyər,
İstedad yerində saya da bilməz.
Bəzən ayaq tutar, bəzən büdrəyər,
Yenə özün tutar, yıxıla bilməz.
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31