Ölkəmizdə diplomatik pasporta malik şəxslərə bütün şərait yaradılır-Özəl
12:07 Siyasət"Ölkəmizə səfər edən diplomatik pasporta malik şəxslər təkcə Bakı ilə kifayətlənmir, eyni zamanda bölgələrdə olan tədbirlərə də gedirlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib: "Xüsusilə işğaldan azad olunmuş ərazilərdə-Şuşada, Laçında artıq beynəlxalq diplomatik tədbir mərkəzlərindən çevrildiyinə şahidlik edirik. Bu halda səfərlər eləyərkən müxtəlif dövlət orqanları arasında əlaqələndirilmənin olması çox vacibdir. Yəni, ölkəmizə səfər edən hər bir şəxs üçün zəruri şəraiti yaradırıq. Amma müxtəlif inzibati əlaqələndirilmənin olması da vacib məsələdir və bu da beynəlxalq təcrübədən irəli gələn məsələdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31