Uşaqlarda mütaliə mədəniyyətinin formalaşdlırılması vacib şərtdir-Özəl
11:43 Sosial"Uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılmasında ailənin, təhsil müəssisələrinin və dövlətin rolu vacib şərtdir. Rəqəmsal dövrdə oxu vərdişlərinin inkişaf etdirilməsi və gənc nəslin kitaba marağının artırılması da eynu əhəmiyyətə malikdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Mütaliə yalnız bilik əldə etmək vasitəsi deyil, həm də insanın dünyagörüşünün genişlənməsi,düşünmə qabiliyyətinin inkişafı və şəxsiyyət kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Uşaqlarda kitaba sevginin aşılanması ailədən başlamalı, məktəbdə davam etdirilməli və cəmiyyətin birgə səyi ilə möhkəmləndirilməlidir.
Mütaliə mədəniyyətinin inkişafı istiqamətində dövlətin, təhsil müəssisələrinin, kitabxanaların və ailələrin əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal imkanların genişləndiyi müasir dövrdə gənc nəslin düzgün informasiya mənbələrinə yönləndirilməsi və mütaliəyə təşviq olunması vacib məsələlərdəndir. İnanıram ki, mütaliəyə marağın artırılması, uşaqların erkən yaşlardan kitabla dostluq etməsi və oxu mədəniyyətinin cəmiyyətdə təşviqi daha savadlı, düşünən və intellektual nəslin yetişməsinə mühüm töhfə verəcək. Unutmayaq ki, gələcəyin savadlı cəmiyyətinin təməli bu gün oxuyan uşaqlarla qoyulur".