Kaxiani: "Milli Hərəkat" Konstitusiya Məhkəməsinin tribunasından populizm üçün istifadə etdi" – ÖZƏL
12:16 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədr müavini Giorgi Kaxiani "Milli Hərəkat" partiyasının Konstitusiya Məhkəməsindəki çıxışını tənqid edib. Kaxiani bildirib ki, iddialarına qarşı hüquqi əks-arqumentlər gözləsələr də, qarşı tərəf məhkəmə tribunasından yalnız siyasi populizm və öz hakimiyyəti dövrünü tərifləmək üçün istifadə edib. Parlament sədrinin müavini vurğulayıb ki, nə iddiaçı tərəf, nə də məhkəmə heyəti "Milli Hərəkat" nümayəndələrindən hər hansı ciddi hüquqi əsaslandırma eşidə bilməyib və bu da müxalifətin əlində heç bir hüquqi dəlilin olmadığını göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31