ABŞ Hindistandan Rusiya neftinin idxalını azaltmağı tələb etmir-ÖZƏL

Hindistanın Neft və Təbii Qaz naziri Hardip Sinqh Puri bildirib ki, ABŞ Hindistanın Rusiya xam neft alışını azaltmasını istəmir.
Olaylar.az xəbər verir ki, nazir, "The Economic Times" qəzetinin Rusiya neftinin idxalını azaltmaq üçün təzyiq göstərilib-göstərilməməsi ilə bağlı sualına cavab olaraq bildirib ki, "Hindistan ABŞ-dan Rusiya neftinin idxalını azaltmaq üçün təzyiqlə üzləşmir. Mən bu cür şeylərdən xəbərsizəm".
Puri əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya enerji ixracına qarşı yeni sanksiyaları və tarifləri qaldıraraq Hindistanı potensial 100% tariflərdən xilas edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31