Beren Saat bir milyon dollarlıq təklifi rədd etdi
Ərəbistanda sevilən türkiyəli gözəl təklifi niyə qəbul etmədi?
23 May 2013 14:47 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhur aktrisa Beren Saat Ərəbistandan gələn bir milyonluq təklifi rədd edib. Ölkəsi qədər "Aşkı Məmnun" serialı ilə Ərəbistanda da sevilən aktrisa bu ölkənin məşhur firmalarından gələn təklifə rədd cavabı verməklə çaşqınlıq yaradıb. Aktrisanın niyə belə addım atamsının səbəbləri isə hələ ki, açıqlanmır. Berendən rədd cavabı alan firma digər reklam çarxında çəkilmək üçün bu dəfə "Asi" serialının baş qəhrəmanı olan Tuba Büyüküstünə təklif göndərib. Tubanın bu təklifi necə cavablandıracağı isə hələ ki bəlli deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31