Aktyor İbrahim Büyükak ata oldu
30 İyun 2021 11:57 MədəniyyətOlaylar.az türk mediasına əsasən bildirir ki, məşhur aktyor İbrahim Büyükak ata oldu. Uşaqlıq sevgisi Nurdan Beşen ilə 2018-ci ildə ailə quran İbrahim Büyükak, ən xoşbəxt anını İnstaqram hesabında paylaşıb.
Belə ki, 2018-ci ildə orta məktəbdən bəri sevgili olduğu psixoloq Nurdan Beşenlə evlənən İbrahim Büyükak, son aylarda körpə gözlədiklərini bildirib. Ötən həftə doğum günlərini saydıqlarını dilə gətirən 37 yaşlı aktyor ata olduğunu açıqlayıb. İnstaqram hesabında oğlu Aslan Oktay ilə ailə olaraq poz verən Büyükak, bu notu qeyd edib: "OĞLUMUZ, SƏNİ ÇOX SEVİRİK ,Oğlumuz Aslan Oktay dünən gecə dünyaya gəldi. Həm anası, həm də sağlıqları yaxşıdır, şükür. Xoş arzularınız üçün hamınıza təşəkkür edirəm. "
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
