Nəsrin Cavadzadə Röya ilə Aygünü qabaqladı - FOTO

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin "Instagram"da izləyici sayı 3 milyona yaxınlaşır.

Olaylar.az xəbər verir ki, aktrisanın hazırda 2 milyon 700 min nəfər abunəsi var.

Nəsrin bu göstərici ilə xalq artisti Aygün Kazımova və Röya Ayxanı qabaqlayıb.

Röyanın izləyici sayı 2 milyon 300 mindirsə, Aygündə bu göstərici 1 milyon 100 mindir.

Qeyd edək ki, Nəsrin Cavadzadə son olaraq Türkiyənin reytinqli "Yasak Elma" serialında rol alıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31