Rəqqasə Oksana Rəsulova Hindistanda özünə karyera qurmağa başladığı ərəfədə başına pis hadisə gəldi
23 May 2013 14:21 MədəniyyətÖtən gün dostu, telereportyor Tural Ozanla pilləkəndən enərkən yıxılan Oksana xanım bərk əzilib. Dərhal xəstəxanaya çatdırılan Oksana haqqında həkimlər yaxşı diaqnoz qoymayıblar. Məlum olub ki, bədəninin müxtəlif yerlərindən bərk əzilən rəqqasənin həm də qolu sınıb. Qoluna gips qoyulub.
Ağrıkəsicilər qəbul edəndən sonra Oksana gecə saatlarında evə gətirilib. Xəbəri Publika.az-a təsdiqləyən Tural Ozan bildirib ki, dünən dostlar birlikdə Lider TV-yə gedib, "Lift" realiti-şouda iştirak edən Sayqaya dəstək olmalı idilər.
"Hadisə zamanı şok yaşadım. Ona lazım olan köməyi göstərdik. Vəziyyəti heç də yaxşı deyil. Ən pisi isə odur ki, Oksana xanım 3 günə Hindistana getməli idi. Mayın 28-i onun da iştirak edəcəyi filmin çəkilişləri başlayacaq. Biletini də almışdı. Lakin həkimlər qolunun hələ 3 həftə gipsdə qalacağını bildiriblər", - deyə dostu məyus halda bildirdi.