Tarkan məktəbin təmirini reallaşdıracaq
23 May 2013 13:37 Mədəniyyət"OLAYLAR"ın huriyyet.com.tr saytına istinadən verdiyi məlumata görə, Türkiyə estradasının məşhur müğənnisi Tarkan növbəti dəfə heyranları üçün verəcəyi konsertin gəlirini ucqar kəndlərin birində yerləşən məktəbin təmirinə sərf edəcək. Uçulub-sökülmüş halda olan məktəbin yenidən qurucularından biri olduğu üçün qürur hissi keçirdiyini deyən Tarkan bu haqda təəssüratlarını da paylaşıb: "Belə bir işə imza atdığım üçün özümü çox xoşbəxt hiss edirəm. Konsertdən əldə etdiyim bütün vəsaitləri məktəbin təmirinə xərcləyəcəyəm". Xatırladaq ki, müğənni bundan öncə də bir neçə xeyriyyə addımlarına imza atıb. Gördüyü işlərdə adının hallanmaması üçün kəndlilərdən vəd alan müğənninin bu sirri də çox keçmədi ki, açıldı. Artıq bütün Türkiyə Tarkanı böyük xeyriyyəçilərdən biri kimi tanıyır.