Şeyma Subaşı nişanlısının dələduz olduğunu öyrəndi, abort etdirdi

Son günlər gündəmdən düşməyən türkiyəli fenomen Şeyma Subaşı sevgilisindən ayrılıb.

Olaylar.az bildirir ki, iddiaya görə, buna səbəb misirli iş adamı Mohammed Alsaloussinin dələduzluğu olub. Belə ki, Subaşı milyarder sevgilisinin ona aldığı hədiyyələrin, hətta evlilik təklifi zamanı verdiyi üzüyün saxta olduğunu öyrənib. Ardınca fenomen ayrılıq qərarı verib. Hətta məlumata görə, Şeyma uşağını düşürməyib, o,  məhz bu səbəbdən abort etdirib. 

Xatırladaq ki, Şeyma Subaşı misirli sevgilisi Mohammed Alsaloussidən hamilə idi və onlar yaxın zamanlarda nikah masasına oturacaqdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31