Türkiyənin məşhur sənətçiləri Bakıya aktyor seçməyə gəlirlər
23 May 2013 13:17 MədəniyyətUzun illərdir ABŞ-da yaşayan, Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmak mayın 25-dən iyunun 15-nə kimi "Acıtan Yürek" filminin seçim turlarıyla bağlı Bakıya gələcək. Rejissor bildirib ki, filmdə ictimaiyyətə tanınmayan simalar və ilk dəfə kamera qarşısına keçən şəxslər çəkiləcək. O, azərbaycanlı rejissorlardan Vahid Mustafayevi tandığını deyib. Xüsusiylə onu da qeyd edək ki, Türkiyənin ən çox izlənilən "Kayb olan yıllar" serialının baş rolunun ifaçılarından olan, məşhur aktyor Saruhan Huneldə (Əsmər) Bakıya gələcək. O, filmin seçim turlarına münsif kimi qatılacaq. Filmin çəkilişlərini Azərbaycanda Bakı və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşdirəcək. Filmin seçim turları Bakı, Sumqayıt, Lənkəran, Bərdə, Gəncə, Qəbələ və Naxçıvanda keçiriləcək. Seçim turlarına qatılmaq istəyən 18-30 yaş arası şəxslər (qadın və kişi) şəxsiyyət vəsiqəsinin surətiylə və 2 ədəd 3x4 ölçülü şəkillə qatıla bilərlər. Qeydiyyatın qiyməti 4 AZN dəyərindədir.
Əlaqə telefonları: +994 55 3696749 \ +994 55 5222499