Türkan Şorayın qızı xəstəxanaya düşdü
23 May 2013 13:03 MədəniyyətTürkan Şorayın qızı Yağmur Ünal Bodrumda pilləkandan yıxılaraq xəstəxanalıq olub. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yağmur Ünalın Bodrum tətili burnundan gəlib. Amerikalı sevgilisi Benjaminlə mayın 19-da istirahətə yollanan gənc qız müvazinətini itirərək evin pilləkanından yıxılıb.
Burnu qırılan, çənəsi yarılan və qolları zədələnən, qan içində olan Yağmur İstanbula gətirilərək xəstəxanaya yatırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31