Açılmayan cinayət işinin müstəntiqini hədələyirlər VIDEO

Tamaşaçıların hər bölümünü səbirsizliklə gözlədiyi "Məhkumlar" bədii televiziya serialının 32-ci bölümündə də bir sıra yaddaqalan hadisələr baş verir. Qalib təcridxanada atası Bəhramla görüşür. Bəhram oğluna şirkətin sahibinin o olduğunu bildirir və Xuramandan qisas almaq üçün Qalibi şirkətin sənədlərini oğurlamağa təhrik edir. Mərhum Solmazın uşağını oğurlayan Xuramanla Adil arasında bu məsələyə görə böyük bir gərginlik yaşanır. Bu mübahisə zamanı müstəntiq onların söhbətinin üstünə gəlib çıxır. Hadisələr o qədər maraq və sürətlə cərəyan edir ki, Adil illərdir açılmayan cinayət işinin müstəntiqini belə hədələyir. Leyla telefonda Xuramana Adili sevdiyini bildirir. Tahir Şəbnəmin oğurlanmasını sifariş verir. Müstəntiq Rüstəm Amaliyanı sorğu-sual edir və o bu sualları çox ustalıqla cavablandıraraq vəziyyətdən çıxmağı bacarır. Bu məsələdən sonra əndişələnməyə başlayan Amaliya Adilə qəti qərarını bildirir: müstəntiq Rüstəmi öldürmək lazımdır!

Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, "Məhkumlar" serialının intriqa və həyəcan dolu 32-ci bölümünü bu gün saat 19.10-da ATV kanalında izləməyi unutmayın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31