Seksual aktrisadan Ramzan Kadırovla münasibətlərini soruşdular
Elizabet Herli bu münasibətləri şərh etmək istəməyib
23 May 2013 12:49 MədəniyyətBritaniyalı aktrisa Elizabet Herli Çeçenistan rəhbəri Ramzan Kadırovla münasibətlərini şərh etmək istəməyib. ANS PRESS-in "The Independent"ə istinadən verdiyi məlumata görə, jurnalistlər Jerar Depardye ilə Qroznı və Moskvada filmə çəkilməyə razılıq verən aktrisadan çeçen lideri ilə dostlaşıb-dostlaşmamağını soruşublar. Lakin Elizabet Herli bunu şərh etmək istəməyib: "Mən bura film barədə danışmaq üçün gəlmişəm".
Qəzet yazır ki, bəziləri Çeçenistan rəhbərini insan hüquqlarını pozmaqda ittiham edir və Ramzan Kadırov ziddiyyətli fiqur hesab olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31