"Röya Türkiyədə tutuzdurub" VIDEO
Kərim Röyanın Brililantdan daha çox tanınıb-sevildiyini deyir
23 May 2013 12:40 MədəniyyətPopulyar müğənni Kərim Abasov Röyanın Türkiyədə yetərincə tanındığını iddia edir. ANS PRESS-in məlumatına görə, müğənni yeni qayıtdığı Türkiyə səfərindən Lider TV-nin "Pərdə" proqramına danışarkən qonşu ölkədə tanınan azərbaycanlı sənətçilərdən söz açarkən Röyanın daha çox tanındığını söylədi:
"Türkiyənin şou-biznesinə qatılmaq üçün 500 min avro ilə ora getmək lazımdır. Maşallah olsun, Röya orada böyük addımlarla gedir. Onun səsi də, xarici görünüşü də Türkiyə üçün qeyri-adidir. Və Röyanın orada birinci çıxardığı mahnı da partlayış oldu. Sözün açığı mən orada kiminlə ünsiyyətdə olurdum, istər musiqiçi, istər qeyri-musiqiçi "Sizin azəri şarkıçısı Röya var" deyirdilər. Hə, o zaman anladım ki, bəli, bu xanım tutuzdurub!"
Kərim uzun illərdir Türkiyə şou-biznesinə qatılan xalq artistimiz Brilliant Dadaşovanın Röyadan az tanındığını qeyd etdi.