Könül Kərimova həyat yoldaşından ayrıldı?

Əməkdar artist Könül Kərimova "Şou Rəhimli"də ilk dəfə olaraq həyat yoldaşı barədə danışıb. Publika.az-ın məlumatına görə, sənətçi xanım həyat yoldaşından ayrılması ilə bağlı vaxtilə gəzən söz-söhbətlərə də aydınlıq gətirib. "Hələ görmədim ki, kimsə mənim xoşbəxtliyimdən danışsın. Həmişə danışıblar ki, Könül Kərimova ərindən ayrıldı və s. Halbuki ayrılmamışıq, ailəliyəm, həyat yoldaşım xalam oğludur. İndi heç yerdə işləmir. Vaxtilə polis də olub, zərgər də".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31