“İlk dəfə ayağımı qaldıranda bayram etmişdim”

“Yemək yeyirəmsə, su içə bilirəmsə, özümü idarə edə bilirəmsə bundan böyük xoşbəxtlik ola bilər?”

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə gündür ki, İraqda olan müğənni İbrahim Tatlısəs iki il öncə baş verən faciəni xatırlayaraq ayaq üstdə olduğu üçün Allaha şükür edib: "Mütəmadi olaraq məndən necə olmağımı soruşursunuz. Yemək yeyirəmsə, su içə bilirəmsə, özümü idarə edə bilirəmsə, bundan böyük xoşbəxtlik ola bilər? Allah çox şükürlər olsun. Öncələr şirələri burnuma damcıladırdılar. İndi isə istədiyim qədər su içə, istədiyim kimi yeyə bilirəm". "Tvitter"dəki izləyicilərinin qəlbini qırdığını deyən müğənni buna görə üzr istəyərək hətta qəlbini qırdığı fanatlarını yenidən fəaliyyətə başlayacaq "İbo Shov" verilişinə dəvət edəcəyini deyib: "Sizdən də üzr diləyirəm. Bu arada başım çox qarışıq olduğu üçün hərdən qəlbinizi də qırmışam. Buna görə üzr istəyirəm. İnşallah, İraqdan qayıtdıqdan sonra sizi "İbo Shov" verilişinə də dəvət edəcəyini deyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31