“Səni həmişə və həmişəlik sevirəm” - Suada -“ FOTO
22 İyun 2021 11:36 MədəniyyətAzərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənən Hollivud aktyoru Jan-Klod Van Dammın oğlu Kris Van Damm instaqramda həyat yoldaşı ilə yeni fotolarını paylaşıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, paylaşımında "Biz, nəhayət ki, bunu etdik" sözlərini yazıb. K. Van Damm, həmçinin #HappilyEverAfter həştəqini əlavə edib.
Fotoları şərh edən S. Hacızadə instaqramda bunları yazıb:
"Səni həmişə və həmişəlik sevirəm. İnşallah, hər şey möhtəşəm olacaq!".
Xatırladaq ki, Kris Van Damm və Suada Hacızadənin nikah mərasimi iyunun 16-da Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31