“Aygün Kazımova, Brilliant Dadaşova və Cəmilə Ajda Pekkan, ya Rihanna ola bilərmi?”

Müğənni bu dəfə də ad açıqlamaq istəməsə də üstüörtülü olsa da sözlərinin kimə şamil olunduğunu deyə bildi

Bu haqda "OLAYLAR"a yenidən açıqlama verən müğənni Cavanşir Babəlioğlu ad çəkərək özünü Rihanna və Ajda Pekkana bənzədənləri reklam etmək istəmədiyini deyib: "Ad çəkmək istəmirəm. Sonra deyəcəklər ki, guya mən söz atmaqla gündəmə gəlmək istəyirəm. Amma həqiqətən də belə deyil. Sadəcə gördüklərimdən belə qənaətə gəlmişəm. Bunu efir qarşısında mənim kimi əyləşib görənlər də az deyil. Bu sözü özünü Ajda və ya Rihanna adlandıranların ünvanına səsləndirirəm. Hansı ki, onlar özlərini bu cür adlandırmaqdan həzz alırlar. Müğənni orijinal olmalıdır. Amma çox təəssüflər olsun ki, bizdə nəinki oxumağı, hətta imicləri ilə də əcnəbi məşhurları yamsılayanlar az deyil. Təkrarsız, qeyri-adi səsə, imicə sahib ifaçılar demək olar ki, yoxdur. Buna görə də ad çəkməklə onları gündəmə gətirmək istəmirəm. Beləliklə onlara mənim haqqımda danışmaq üçün əllərinə şans vermiş olacağam. Onlarla adımın birgə hallanmasını istəmirəm. Əks halda məni də onlardan biri zənn edərlər". Müğənni ad hallandırmaq istəməsə də "bu fikirlər səhnəmizin Ajda Pekkanı kimi tanınan Cəmiləyə, Xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımovaya şamil edilə bilərmi?" sualını cavabsız buraxmayıb: "Sizcə Aygün Kazımova, Brilliant Dadaşova və Cəmilə Ajda Pekkan, ya Rihanna ola bilərmi?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31