Məşhur klarnet ustası xanımına kompozisiya həsr edəcək

Hüseyn Məhəmmədoğlu yeni kompozisiyasının adını niyə “İnci” qoydu?

Məşhur klarnet ustası Hüseyn Məhəmmədoğlu bu haqda "OLAYLAR"a verdiyi açıqlamasında deyib: "Həyat yoldaşım üçün yeni bir musiqi bəstələmişəm. Kompozisiyanın adı "İnci" adlanır. İfası da mənə məxsus olacaq". Klarnet ustası bundan başqa yaxın aylarda yeni diski ilə pərəstişkarlarını sevindirəcəyini də deyib: "Yeni disk üzərində çalışıram. Yəqin ki, payızadək diskin bütün işlərini yekunlaşdırarıq". Qeyd edək ki, musiqiçi yenicə bəstələdiyi kompozisiyanı ömür-gün yoldaşı İnci xanımın şərəfinə belə adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31